Eskalator və travalatorlar
эскалаторы
травалаторы
Eskalatorlar və travalatorlar cəmiyyətin hərəkəti üçün vacib olan mexanizmdir. İnsanları və yükləri mərtəbələrə qaldırmaq üçün bir çox fərqli qaldırıcı mexanizm var. Lakin çox sayda insanların hərəkət etməsi məsələsində, eskalatorlar və travalatorlar əvəz edilməz bir hərəkət mexanizmidir.
Eskalator daim meylli vəziyyətdə hərəkət edən pilləli bir kəmərdir. Eskalator olduqca səssiz.ekonomik və yüklənməyə davamlı bir mexanizm hesab olunur. Müntəzəm meyl 30-35 dərəcədir. Hərəkət sürəti adətən dəqiqə 45 metrdir. Onun əsas üstünlükləri fasiləsiz əməliyyatdır və hətta elektrik enerjisi olmadığı zaman adi pilləkən kimi istifadə edilə bilir.
Hər-mərtəbə tipli və tunel tipli eskalator növləri mövcuddur. Onlar konstruksiyasına görə fərqlənirlər: Hər-mərtəbə tipli eskalatorlarda uzunluq məhduddur, onlar istifadə olunacağı yerə hazır vəziyyətdə gətirilir, quraşdırılır və sərnişinləri bir mərtəbədən digərinə keçməsinə xidmət edir. Tunel tipli eskalatorlar fərqli olaraq istifadə olunacağı yerdə yığılır, quraşdırılır və uzunluğu 120 metrədək mövcud olur.