Yanğın çıxış qapıları

İctimai binalarda, yanğın zamanı insanların müdafiəsi və təhlükəsizliyin artırılması üçün, təxliyə çıxışları yanğın qapıları ilə təchiz edilməlidir. Bu cür qapıların xüsusi konstruksiyası, yanğın briqadası gələnə və tam təxliyə həyata keçirilənə qədər, yanğının yayılmasına və tüstünün otağa daxil olmasına mane olmaq üçün nəzərdə tutulub. Bu cür qapıların fərqləndirici xüsusiyyəti onların yüksək temperatura və açıq alova qarşı dayanıqlı olmasıdır. Bu xüsusiyyətlərin sayəsində, onlar yanğın baş verdiyi zaman insanların təxliyəsi üçün vaxt qazanmağa imkan verir.
Yanğın qapısı aşağıdakı elementlərdən ibarətdir: metaldan olan qapı qutusu, lay, tüstüdən qorunmaq üçün nəzərdə tutulmuş kipləşdirici, qıfıllama qurğuları (qıfıllar), izolyasiya materialı.
Yanğın qapılarının növləri
Yanğın qapıları birtaylı və ikitaylı olaraq iki yerə bölünür. Sonuncular iri əndazəli əşyaların və çoxlu sayda insanların təxliyəsi üçün əlverişlidir.
Diqqət! Qapıların konstruksiya növünə görə təsnifatında həmçinin konstruksiyanın hansı tərəfə açıldığı göstərilir. Təxliyə olunan insanların təhlükəsizliyini təmin etmək üçün, qapı insan axını hərəkəti istiqamətində açılmalıdır.
Yanğın məhsulları iki növə bölünür: pəncərəli və bütöv. Birinci növ qapılar fövqəladə hadisənin miqyasını qiymətləndirməyə imkan verir: odadavamlı şüşədən yanma ocaqlarını və yanğının yayılma dərəcəsini görmək mümkündür.
Əhəmiyyətli məlumat! Metal yanğın qapısının pəncərəsi çoxtəbəqəli odadavamlı şüşədən hazırlanıb.


Və nəhayət, üçüncü təsnifat yanğın qapılarını açıq alovun və yüksək temperaturların təsirinə qarşı dayanıqlıq dərəcəsinə görə növlərə bölür.
+994512552785 nömrəsinə zəng edərək, yanğın qapılarının satışı və ya sifarişini etmək mümkündür.
Panik bar sistemi
Panik bar (antipanik) sistemi əziyyət çəkmədən qapını açmağa imkan verən xüsusi qapı qulplarıdır. Bu cür qapıları, daxil olan və ya çıxan şəxsin əllərində yük olduğu halda belə, açmaq mümkündür. Sistemin konstruksiyasında kiçik ölçülü silindrlə təchiz edilmiş xüsusi qulp var. Qulpa basdıqda, qapı açılır. Mexanizm qapının içəri tərəfindən quraşdırılır.


Diqqət! "Antipanika" sisteminin köməyi ilə qıfıllanmış qapını açmaq mümkündür. Bunun üçün yüngülcə qulpa basmaq lazımdır. Bu, fövqəladə vəziyyət yarandığı zaman insanların binadan təxliyə edilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Yanğın qapılarının markalamaları
Yanğın qapılarının seçilməsi zamanı əsas amil konstruksiyanın alova qarşı müqavimətidir. Bu göstəricidən asılı olaraq, məhsullar üç kateqoriyaya bölünür:
- Yarım saat ərzində yanğını ləngitməyə imkan verir (EI 30 kateqoriyası).
- Qapının layı ən azı 60 dəqiqə ərzində alovun və yüksək temperaturların təsirinə qarşı dayana bilər (EI 60).
- Qapılar 90 dəqiqə ərzində yanğının təsirinə qarşı dayanıqlıdır (bəzi modellər 120 dəqiqə ərzində dayana bilər). Bundan sonra dağılma və deformasiya baş verir (EI 90 və EI 120).
Diqqət! EI markalaması aşağıdakı kimi açıqlanır: E – qapı layının dağılmaya qarşı dayanıqlığı parametri, I – konstruksiyanın istilik izolyasiyası xüsusiyyətlərinin itirilməsi göstəricisi. Bəzi hallarda, markalamada S parametrinə rast gəlmək olar – bu markalama qapının qazkeçirməz olduğunu göstərir.
Belə ki, məsələn, EIS 120 markalaması məhsulun iki saat ərzində açıq alov və yüksək temperatur təsirinə qarşı dayana bildiyini, bundan əlavə, dəm qazı keçirmədiyini göstərir ki, bunun sayəsində, bu cür qapının arxasında olan insanlar 120 dəqiqə ərzində özlərini təhlükəsizlikdə hiss edə bilərlər.
Seçim zamanı konstruksiyanın müdafiə sinfini nəzərə almaq əhəmiyyətlidir, əks halda, uyğun olmayan qapının istifadəsi insan itkilərinə və maddi itkilərə gətirib çıxaracaq.
Yanğın darvazaları
Yanğın qapıları ilə yanaşı, şirkətimiz həmçinin yanğın darvazalarının satışı və quraşdırılması ilə məşğul olur ki, bu da yanğın çəpərləmə konstruksiyalarının bir növüdür və alova qarşı müqavimət göstərmək, habelə, ona müəyyən müddət ərzində tikilidə yayılmağa imkan verməmək üçün nəzərdə tutulub.
Açılma üsulundan asılı olaraq, yanğın darvazaları aşağıdakı növlərə bölünür :




Yanğın pərdələri

yanğına davamlı pardələr.
Avtomatik yanğın pərdələri qeyri- toksik və odadavamlı kompozit parçadan, şüşə lifi iplərindən istifadə edilməsi ilə, hazırlanır ki, həmin iplərin hər birinə paslanmayan poladdan olan nazik sim hörülüb.
Adi şəraitdə qutunun içərisindəki vala sarılmış parça yığılmış vəziyyətdə olur ki, bunun sayəsində, konstruksiya görünmür. Bu zaman, otağın estetik cəlbediciliyi qorunub saxlanır, çünki qutunun neytral dizaynı onun istənilən interyerə orqanik şəkildə uyğunlaşdırılmasına imkan verir ki, bu da, digər yanğın qapıları və darvazaları ilə müqayisədə, üstünlüyü təmin edir.
Parçanın işləməsini yanğın əleyhinə sistemlə, tüstü vericiləri ilə və digər yanğın təhlükəsizliyi elementləri ilə birgə fəaliyyət göstərə bilən xüsusi proqramlaşdırılan modul idarə edir.
- Texniki imkanları: qapı yerinin eni 30 m-ə qədər, hündürlüyü 8 m-ə qədərdir.
- Quraşdırma üçün kiçik sahənin tələb olunması: qapı yerinin üzərində 250 mm və yan tərəflərdən 100 mm
- Konstruksiyanın çəkisinin az olması
- Sadə və tez quraşdırma
- Optimal qiymət
Belə ki, KINDEF şirkətinə müraciət etməklə, Siz Bakıda tələblərinizə və yanğın təhlükəsizliyi normalarına cavab verən yanğın qapıları, darvazaları və ya yanğın pərdələri əldə edə bilərsiniz.